“40 pillə”də karantin qaydalarını pozanlar saxlanıldı - Video

saytların hazırlanması

Evə çatdırılma

“40 pillə”də karantin qaydalarını pozanlar saxlanıldı - Video

Hadisə

06 Avqust 2020 18:45 835


Səbail rayonu, Nəriman Nərimanov prospektində yerləşən “40 pillə” restoranı karantin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi üçün polis əməkdaşları tərəfindən həmin obyektə baxış keçirilib.

DİN-dən Yenisabah.az-a verilən xəbərə görə, məlumat daxil olan kimi Səbail Rayon Polis İdarəsi və 9-cu Polis Bölməsinin əməkdaşları həmin kafeyə yollanıb.  

Baxış zamanı kafedə səkkiz nəfər müştərinin olduğunu aşkarlanıb. Kafedə müştəri qismində əyləşən şəxslər polis əməkdaşları tərəfindən saxlanılaraq 9-cu Polis Bölməsinə aparılıb.  Dominos pizza

Kafenin sahibi və müştərilər barəsində toplanılan materiallara hüquqi qiymət verilməsi üçün  məhkəməyə göndərilib və onların hər biri inzibati qaydada cərimə ediliblər.

Həmin şəxslərə karantin dövründə növbəti dəfə qayda pozuntusuna yol verəcəkləri təqdirdə inzibati qaydada həbs ediləcəkləri barədə xəbərdarlıq edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!