400 min kubmetr buzdan yaradılan möcüzə: İnanılmaz mənzərə - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

400 min kubmetr buzdan yaradılan möcüzə: İnanılmaz mənzərə - Fotolar

Dünya

09 Yanvar 2026 01:43 488


42-ci Çin Harbin Beynəlxalq Buz və Qar Festivalı ziyarətçilərini qəbul etməyə başlayıb. Bu il festival “nağıl dünyası” mövzusuna həsr olunub. Dünyanın müxtəlif ölkələrindən gələn heykəltəraşlar qar heykəli müsabiqəsində iştirak etmək üçün Harbin şəhərinə toplaşıblar.

"Yeni Sabah" xəbər verir ki, festival çərçivəsində 400 min kubmetrdən artıq buz və qardan istifadə olunub. Nəticədə bir-birindən fərqli və maraqlı fiqurlar ərsəyə gəlib. Hindistandan gələn komanda ölkənin məşhur memarlıq abidələrindən olan Tac Mahalın buzdan maketini hazırlayıb. Digər bir komanda isə buzdan nəhəng osminoq fiquru yaradıb.

Festival ərazisinə axın edən ziyarətçilər nəhəng buz konstruksiyalarını, qar kompozisiyalarını və donmuş çiçəkləri böyük maraqla izləyiblər. Dominos pizza

İlk dəfə 1985-ci ildə keçirilən Harbin Buz və Qar Festivalı hazırda dünyanın dörd ən böyük qar və buz festivalından biri kimi tanınır.

Əsmətxanım


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!