41 gün ayılmadan yatdı - Qəribə xəstəlik

saytların hazırlanması

Evə çatdırılma

41 gün ayılmadan yatdı - Qəribə xəstəlik

Dünya

14 Fevral 2020 01:27 653


21 yaşlı oğlan 41 gün ərzində yataraq ayılmayıb və öz ad gününü də ötürüb. "Yeni Sabah" xəbər verir ki, o nadir nevroloji sindrom olan hipersomniyadan əziyyət çəkir. Avstraliya sakini 21 yaşlı Harrinin xəstəliyi isə Kleyn-Levin sindromudur. Bunun el arasında adı "Yatmış gözəl" adlanır. Xəstələr bir neçə gündən bir neçə aya kimi davam edə bilən yuxu epizodlarına düşə bilir. Sindromdan uşaqlar və yeniyetmələr daha çox əziyyət çəkir. Budəfəki yuxuya getmə Harrinin həyatında ən uzun müddət olub, o, 41 gün yatıb. Bu günlər ərzində Harri qida qəbul edib, tualetə gedib lakin bunları zombi kimi, sanki yuxuda edib. Yuxudan ayılanda cavan oğlan heç nəyi xatırlamayıb.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!