44 günlük müharibədən buna görə sağ çıxdıq - Paşinyan 

saytların hazırlanması

Evə çatdırılma

44 günlük müharibədən buna görə sağ çıxdıq - Paşinyan 

Siyasət

28 May 2024 12:17 954


2020-ci ilin 44 günlük müharibəsindən sonra Ermənistan Respublikası məhz bizə reallığı dərk etməyə və reallığa təsirə imkan verən yeni düşüncə tərzlərinə görə ayaqda qaldı. 

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistan müstəqillik günü ilə bağlı yaydığı müraciətində bildirib.

“Bu yeni düşüncə tərzi və baxış bucaqları göstərir ki, daim dəyişən dünyada daim dəyişmək və inkişaf etmək, çağırışlara və məqsədlərə uyğun qərarlar qəbul etmək bacarığı dövlətin daimiliyinin təmin olunmasının düsturu, həyat qabiliyyətinin açarıdır”, - o bildirib. Sezar pizza

Paşinyan vurğulayıb ki, azadlıq kifayət deyil, ədalət lazımdır, təhlükəsizlik kifayət deyil, sülh lazımdır, firavanlıq kifayət deyil, xoşbəxtlik lazımdır, canlılıq kifayət deyil, həyat lazımdır:

“Biz məhz bu yolla gedirik. Bir çox insan yavaş hərəkət etdiyimizi düşünür. Əslində sürət yavaşdır, lakin fasiləsizdir. Biz fasiləsiz irəliləyirik və üfüqdə istədiyimiz hədəfi görürük”, - o bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!