“Müharibədən yayınmaq mümkün idi. Diplomat olduğum üçün “diplomatiya susanda top səsi eşidilir” deyə məşhur deyimi xatırlada bilərəm. Əgər buraxılmış səhvlər olmasaydı, 44 günlük müharibə ilə nəticələnən vəziyyətə düşməzdik. Haqqında danışdığım səhvlər, məncə, düşünülmüş və ardıcıl addımlar idi”.
Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, bunu müxalifətin mitinqlərində iştirak etdiyi üçün geri çağırılan, Ermənistanın İndoneziya, Malayziya və Sinqapurdakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Dzyunik Ağacanyan deyib.
O əlavə edib: “İnanıram ki, müharibə əvvəlcə çox daha qısa müddətə, ondan fərqli nəticələrə səbəb olmaq üçün nəzərdə tutulmuşdu, lakin müharibə uzun müddət davam etdi. İndiki hakimiyyət orqanlarımızın apardığı siyasət nəticəsində bu gün özümüzü geosiyasi şahmat taxtasında tapdıq. pizza sifarişi
Bölgənin yenidən formalaşdırılması, müəyyən qüvvələrin bölgədən çıxarılması və yerinə başqa qüvvələrin gətirilməsi prosesi gedir və bunu bizim ana vətənimiz hesabına edirlər. Bu gün üzləşdiyimiz təhlükə budur”.
Telegram kanalımız