İngiltərə millisinin və "Liverpul"un sabiq futbolçusu, hazırda "Əl-İttifaq"a baş məşqçilik edən Stiven Cerard baba olacaq.
Yenisabah.az xəbər verir ki, 44 yaşlı keçmiş yarımmüdafiəçinin 20 yaşlı qızı Lilli-Elanın övladı dünyaya gələcək.
Bu barədə Lilli-Ela öz sosial şəbəkə hesablarında paylaşım edib. pizza hut
Cerrard isə qızının paylaşımına "Səbirsizlənirik. Bu, möhtəşəm bir xəbərdir. Təbriklər. Sizi sevirik" şərhini yazıb.
Cerardın Lilli-Ela ilə yanaşı, Lio adlı oğlu və Leksi adlı qızı da var.
Telegram kanalımız