Çində koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı 440-a, ölənlərin sayı isə 9-a çatıb.
"Yeni Sabah" xarici mətbuata istinadən xəbər verir ki, bu Çin Dövlət Şurasının bu gün keçirdiyi mətbuat konfransında açıqlanıb.
Ekspertlər qrupu koronavirusun yeni növünün insandan insana keçməsi faktını təsdiqləyiblər. Belə ki, 15 tibb işçisinin xəstələrlə yaxın ünsiyyət nəticəsində koronavirusa yoluxduğu ehtimal olunur. Marqarita pizza
Çindən başqa Tailandda iki, Cənubi Koreyada və Yaponiyada isə bir nəfərin bu virusa yoluxduğu təsdiqlənib. Onların hamısı Çinin Uxan şəhərindən səyahət edənlərdir.
Xəstəliyin ABŞ-a da sıçradığı deyilir. Məlumata görə, hazırda bir nəfər bu virus səbəbilə ABŞ-da müalicə olunur.
Telegram kanalımız