48 ildir ki, qolunu havada tutan Amar Bharati Dehlidə yaşayır.
Yenisabah.az xəbər verir ki, onun doğum ili ilə bağlı dəqiq bir tarix yoxdur, lakin 48 ildir sağ qolunu havada tutduğunu və şəkilləri göz önünə gətirdikdə təqribən 70 yaşlarında olduğu təxmin edilir.
Bharati 1970-ci illərdə bir bankda işləyib, 3 uşağı və arvadı ilə birlikdə sadə bir həyat yaşayırmış. Özünün dediyinə görə, 1973-cü ildə gördüyü yuxudan sonra bir anda Sadhu hindusu olmağa və hinduizm inancının tanrısı olan Şivaya etiqad etməyə qərar verib. Pepperoni pizza
İşini, yoldaşını hətta uşaqlarını belə atan Bharati tərki-dünyalığa başlayıb.
Qolunu aşağı endirməyən Bharatinin çəkdiyi ağrı ilk vaxtlarda dözülməz həddə olsa da, zamanla ona alışıb. 48 illik müddətdə onun sağ qolunda qalıcı sinir zədələnmələri yaranıb və əzası işləkliyini itirib. Həkimlərin sözlərinə görə, artıq yaşlı adamın qolunu endirmək mümükün deyil.
Telegram kanalımız