5 gəmiyə sanksiya: Gəmiçilik apellyasiya müraciəti hazırladı

saytların hazırlanması

Evə çatdırılma

5 gəmiyə sanksiya: Gəmiçilik apellyasiya müraciəti hazırladı

Sosial

07 Yanvar 2026 11:03 343


2025-ci il ərzində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-yə (ASCO) məxsus və birgə sahiblikdə olan ümumilikdə 5 gəmi Rusiyaya məxsus xam neftin daşınması iddiası ilə beynəlxalq sanksiyalara məruz qalıb.

"Yeni Sabah" APA-Economics-ə istinadla xəbə verir ki, həmin gəmilərdən ikisi birbaşa ASCO-ya məxsusdur, daha 3 gəmi isə şirkətin birgə müəssisəsi olan SA Maritime AFZECO vasitəsilə birgə sahibliyindədir və bu səbəbdən Avropa İttifaqı, Böyük Britaniya və Kanada tərəfindən tətbiq edilən sanksiya siyahılarına daxil edilib.

ASCO rəhbərliyi məsələ ilə bağlı hüquqi araşdırmaya başlayıb, həm Şirkətin, həm də onun birgə müəssisəsinin müvafiq sanksiya tələblərini pozmadığını sübut etmək məqsədilə apellyasiya müraciəti hazırlanıb. Dominos pizza

Hələlik apellyasiya prosesinin nəticəsi və vaxt çərçivəsi qeyri-müəyyən olaraq qalır. Bildirilir ki, sanksiyalar ASCO və birgə müəssisəsinin gələcək əməliyyatlarına və maliyyə vəziyyətinə əhəmiyyətli təsir edə bilər.

Əlavə olunub ki, ASCO vəziyyəti ciddi nəzarətdə saxlayır və prosesin gedişatından asılı olaraq müvafiq tədbirlər görüləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!