5 gün gecikən baş nazirə xalqdan böyük reaksiya: “Burada nə işiniz var?”

saytların hazırlanması

Evə çatdırılma

5 gün gecikən baş nazirə xalqdan böyük reaksiya: “Burada nə işiniz var?”

Dünya

14 Noyabr 2019 08:48 1374


Böyük Britaniyanın baş naziri Boris Conson vətəndaşların tənqidi ilə üzləşib.

“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, B. Conson sel altında qalan Cənubi Yorkşirin Staynford kəndinə səfər edib.

Baş nazirin əraziyə fəlakətdən 5 gün sonra baş çəkməsi sakinləri qəzəbləndirib. Toyuqlu pizza

Belə ki, evləri su altında qalmış vətəndaşlar “Gecikmisiniz”, “Burda nə işiniz var?”, “Harada idiniz?” kimi suallarla Consona müraciət ediblər. Zərər çəkmiş qadınlardan biri isə baş nazirlə görüşdən imtina edib.

Xatırladaq ki, həddindən artıq yağan yağış Don çayının daşmasına səbəb olub. Nəticədə Böyük Britaniyanın şimalında bəzi yaşayış məntəqələri su altında qalıb. Təbii fəlakət zamanı 1 nəfər ölüb, 500-dən çox evi su basıb, 1000-dən çox insan təxliyə edilib.

Sabrina Eldarqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!