Yaponiyada isti hava artıq can almağa başlayıb.
"Yeni Sabah" xarici mediaya istinadən bildirir ki, ölkədə 5 min 664 nəfər günvurmaya görə xəstəxanaya yerləşdirilib. Onlardan 11 nəfər isə həyatını itirib. 119 nəfərin ən azı 3 həftə xəstəxanada qalmalı olduğu bildirilib.
Ölkədə havaların bu həftə də olduqca isti keçəcəyi proqnozlaşdırlır. Xalqa isti ilə mübarizə aparmaq üçün bol miqdarda su içmək tövsiyə olunub. pizza hut
Elnarə İlham
Telegram kanalımız