50 yaşdan yuxarı olanların diqqətinə

saytların hazırlanması

Evə çatdırılma

50 yaşdan yuxarı olanların diqqətinə

Sağlamlıq

17 Fevral 2021 09:40 805


Bu gün səhər saatlarından ölkədə 50 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılıb.

“Yeni Sabah”ın məlumatına görə, sözügedən şəxslər https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürərək qeydiyyatda olduqları poliklinikalara yaxınlaşırlar.

Qeyd edək ki, “COVID-19 vaksin randevu” elektron xidmətində vətəndaş ilk olaraq şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil edib “Yoxla” düyməsinə basmalıdır. Bundan sonra, vətəndaş təqdim olunan siyahıdan peyvənd məntəqəsini, randevu tarixini və saatını seçib, mobil nömrəsini daxil etməlidir. Qeydiyyat başa çatdıqdan sonra daxil edilən mobil nömrəyə növbənin qeydə alınması ilə bağlı mesaj göndərilir. Mesajda birinci dozanın vurulacağı tarix, saat və məkan qeyd edilir. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!