511 milyon dollarlıq fırıldaq

saytların hazırlanması

Evə çatdırılma

511 milyon dollarlıq fırıldaq

Dünya

15 Yanvar 2020 05:28 1306


Türkiyənin gəlib-getmiş ən böyük dələduzlarından adlandırılan Mehmet Aydının axtarışları davam etdirilir. Aldatdığı minlərlə insan hətta onu ələ keçirmək üçün xəfiyyə də tutub.

“Yeni Sabah” xəbər verir ki, Mehmet Aydın “Çiftlik bank” layihəsi ilə 2016-cı ildə gündəmə gəlmişdi. Onda dələduz Şimali Kiprdə açdığı şirkətinə heyvandarlığın inkişafı adı ilə 511 milyon dollar cəlb etməyi bacarmışdı. İnsanlar fırıldaqdan duyuq düşəndə isə Aydın pullarla birlikdə yoxa çıxmışdı.

Bir müddət əvvələ qədər “Çiftlik Bank”ın sahibinin Uruqvayda olduğu bildirilirdi. Sonradan onun hətta intihar etməsi xəbəri yayıldı. Aldadılanların tutduğu xəfiyyə Mehmet Uzuner isə Mehmet Aydının sağ olduğunu, daha çox üç ölkədə - Uruqvayda, Paraqvayda və Braziliyada vaxt keçirdiyini əminliklə deyir. İndi onun Braziliyada olduğu bildirilir. Mehmet Aydını ələ keçəcəyi təqdirdə 14 ilə qədər həbs cəzası gözləyir. Pepperoni pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!