6 mindən çox şəxs eksternat imtahanda iştirak edəcək

saytların hazırlanması

Evə çatdırılma

6 mindən çox şəxs eksternat imtahanda iştirak edəcək

Sosial

16 Yanvar 2026 12:27 375


Əvvəlki illərdə ümumi təhsil müəssisələrini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydada keçiriləcək imtahanlara sənəd qəbulu artıq yekunlaşıb. Cari ildə 6 mindən çox şəxs imtahanda iştirak etmək üçün müraciət edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Milli.Az-a Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

İmtahan yerli təhsili idarəetmə orqanları tərəfindən 31 yanvar saat 11:00-da təşkil olunacaq. pizza sifarişi

Sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməmiş şəxslərə bu səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!