62 mindən çox daşınmaz əmlaka çıxarış verilib

saytların hazırlanması

Evə çatdırılma

62 mindən çox daşınmaz əmlaka çıxarış verilib

Sosial

15 May 2019 13:32 1147


Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 62,5 min daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasport tərtib edilib.

Bu barədə "Yeni Sabah"a Əmlak Məsələləri Dövlət Komitəsindən bildirilib. 

Məlumata görə, 4 ay ərzində 15 minə yaxın ipoteka müqaviləsi, 1 117 yüklülük (icarə, istifadə) dövlət qeydiyyatına alınıb. Həmçinin, hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 64 minə yaxın məhdudiyyət arayışı, əhaliyə xidmətlə bağlı 35 mindən çox digər müxtəlif məzmunlu arayışlar verilib. pizza

Bu il istifadəyə verilən Əmlak Xidmətləri Məkanında isə artıq 70 minə yaxın vətəndaş müraciəti qəbul edilib.

Daşınmaz əmlakın qeydiyyatı zamanı xidmət haqqı və dövlət rüsumunun elektron qaydada, heç bir qeydiyyatdan keçmədən real vaxt rejimində öyrənməsinə imkan verən “Əmlakın qeydiyyatı kalkulyatoru”ndan ümumilikdə 30,5 min vətəndaş istifadə edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!