7 axşam qiyabi məktəbi ləğv olunacaq

saytların hazırlanması

Evə çatdırılma

7 axşam qiyabi məktəbi ləğv olunacaq

Sosial

31 May 2019 14:49 1178


"Növbəti ildən Bakıda fəaliyyət göstərən 7 axşam qiyabi məktəbləri ləğv olunacaq".

"Yeni Sabah" xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin sektor müdiri Firidun Həmzəyev deyib.

O bildirib ki, buna səbəb 10-cu sinfi bitirən şagirdlərin həmin məktəblərə müraciət etməməsidir: Pepperoni pizza

"Yəni bu gün ölkədə icbari təhsil 9 illik olduğundan ötən ildən qəbul dayandırılıb.

Əvvəl icbari təhsil 11 illik idi. Axşam məktəblərində isə 2 illik dərs 3 ilə keçirilirdi. 2 il əvvəl axşam məktəblərində təhsil alan şagirdlərin sayı 700-ə yaxın idi. Artıq 10-cu sinifdən sonrakı müddətdə axşam məktəbinə müraciət olmadığı üçün gələn ildən bu məktəblər fəaliyyətini dayandıracaq. Axşam məktəblərində 18 yaşdan yuxarı, 40 yaşa qədər insanlar təhsil alırdı”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!