Gəncə şəhər M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəb 1-ci sinif şagirdi Xədicə Hətəmlinin ölümü ilə bağlı məlumat yayıb.
"Yeni Sabah" xəbər verir ki, məlumatda bu gün 12:30 radələrində şagirdin halının pisləşdiyi və qıcolma keçirdiyi bildirilir:
"Hadisə zamanı şagirdin nənəsi, müəllimi və məktəbin tibb bacısı yanında olub. Məlumat üçün bildiririk ki, şagird epilepsiya xəstəliyi olduğu üçün nənəsi hər zaman şagirdlə dərsə gəlir, onu gözləyir, tənəffüs müddətində onu yedizdirirmiş. Şagird xəstəxanaya çatdırılanadək yolda dünyasını dəyişib. Gəncə şəhər M.Ş.Vazeh adına 16 nömrəli məktəb kollektivi adından şagirdin ailəsinə başsağlığı verir, Allahdan səbir diləyirik"- deyə məlumatda bildirilib. pizza hut
Telegram kanalımız