70-ə yaxın erməni azərbaycanlılardan qorxduğu üçün ölüb - Həyasız iddia

saytların hazırlanması

Evə çatdırılma

70-ə yaxın erməni azərbaycanlılardan qorxduğu üçün ölüb - Həyasız iddia

Maraqlı

05 Yanvar 2024 16:18 1332


19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycanın keçirdiyi antiterror əməliyyatı zananı Ermənistanın işğalçı ordusu 223 itki verib. 

Yenisabah.az bu barədə erməni mediasına istinadən bildirir. İstintaq Komitəsinin sədri Argişti Kyaramyan daha 244 nəfərin yaralandığını açıqlayıb.

Onun sözlərinə görə, hazırda 20 nəfər itkin düşmüş hesab olunur, onlardan beşi “mülki” şəxsdir.  Sezar pizza

Qarabağdan Ermənistana köç zamanı (??-M.) və Ermənistanın özündə 70-ə yaxın ölüm faktının qeydə alındığı da iddia olunur. İstintaq Komitəsi sədri həyasızcasına iddia edib ki, bu ölümlərə əsas səbəb “Azərbaycanın hərəkətləri nəticəsində yaranan psixoloji gərginlik olub”. 

P.S.Kyaramyanın absurd iddialarından belə çıxır ki, ermənilər “qarğa ömrü” yaşayacaqmış, Azərbaycan imkan verməyib… (Musavat.com) 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!