Türkiyənin "Kayserispor" klubunun yeni baş məşqçisi müəyyənləşib.
“Yeni Sabah” xəbər verir ki, komanda Bülent Uyğuna tapşırılıb. Bu barədə Kayseri şəhərinin bələdiyyə sədri Memduh Büyükkılıç yerli mətbuata məlumat verib. Müqavilənin detalları haqqında məlumat verilməyib.
Bülent Uyğun bu mövsüm (9 tur-oyun) "Kayserispor"a təyin edilən 3-cü baş məşqçidir. Ona qədər Hikmət Karaman və Samet Aybaba ilə müqaviləyə xitam verilib. Toyuqlu pizza
Qeyd edək ki, Bülent Uygun son olaraq Qətərin "Əl-Qarafa" və "Əl Rayan" komandalarını çalışdırıb.
Telegram kanalımız