96 min ağac əkilib

saytların hazırlanması

Evə çatdırılma

96 min ağac əkilib

Sosial

10 May 2019 12:42 1165


Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-ci ildönümü münasibətilə avtomobil yollarının kənarlarında ağacəkmə aksiyaları keçirib.

AAYDA-dan "Yeni Sabah"a verilən məlumata görə, aksiyalar çərçivəsində Bakı şəhərinin avtomobil yollarının mühafizə zolaqlarına, yolötürücüləri və yolqovşaqlarının ərazilərinə ümumilikdə 11 min, respublikanın magistral avtomobil yollarının mühafizə zolaqlarına isə 85 min müxtəlif növ ağac, gül və kol bitkiləri əkilib.

Beləliklə son 4 ay ərzində paytaxtın və respublikanın avtomobil yollarının mühafizə zolağında 96 min müxtəlif növ ağac və kol bitkisi əkilib. Bununla da yollarının mühafizə zolağında olan ağac və kol bitkisinin sayı 1 mln. 349 min 097 ədədə çatıb. Marqarita pizza

Əkilən ağacların böyük hissəsi AAYDA-nin tinglik sahələrində yetişdirilib.

Qeyd edək ki, hazırda ölkə ərazisində ətraf mühitin sağlamlaşdırılması ilə bağlı ekoloji tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!