“A-Qroup”da geri sayım davam edir – Biznes itkiləri 1,6 mln. manat

saytların hazırlanması

Evə çatdırılma

“A-Qroup”da geri sayım davam edir – Biznes itkiləri 1,6 mln. manat

İqtisadiyyat

27 Sentyabr 2024 14:58 1397


Azərbaycanda daha çox tibbi sığorta üzrə ixtisaslaşmış "A-Qroup Sığorta" şirkətinin yığımları 2024-cü ilin ilk beş ayında azalmaqda davam edib.  

“Yeni Sabah” xəbər verir ki, sığorta şirkəti bu ilin yanvar-avqust  aylarında 10,09 milyon manat yığım əldə edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 13,4% və ya 1,56 milyon manat azdır. 2023-ci ilin ilk səkkiz ayında şirkət 11,65 milyon manat sığorta haqqı toplaya bilmişdi. 

Yığımların azalması ilə paralel sığorta şirkəti müştərilərinə daha az ödəniş verməyə başlayıb.  Pepperoni pizza

Belə ki,  "A-Qroup Sığorta"nın ödənişləri ilk səkkiz ayda 8% və ya 758 min manat civarında azalaraq 8,86 milyon manata enib. Ötən ilin eyni dövründə bu rəqəm 9,62 milyon manat təşkil edib. 

Şirkətin yığımlarında ödənişlərə nisbətən daha çox azalma onun zərərliyinə, yəni ödəniş-yığım nisbətinə mənfi təsir edib.    

“A Qroup”un zərərliliyi son bir ildə 83%-dən 88%-ə qədər yüksəlib. Yəni, şirkət ötən ilin yanvar-avqust aylarında  topladığı sığorta haqqının hər 100 manatından 83 manatını ödənişə yönəldibsə, bu ilin eyni dövründə bu rəqəm 88 manata kimi artıb. 

Xatırladaq ki, “A-Qroup Sığorta” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 8 005 750 manatdır. Səhmlər 100% Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!