Azərbaycanda daha çox tibbi sığorta üzrə ixtisaslaşmış "A-Qroup Sığorta" şirkətinin yığımları 2024-cü ilin ilk beş ayında azalmaqda davam edib.
“Yeni Sabah” xəbər verir ki, sığorta şirkəti bu ilin yanvar-sentyabr aylarında 10,63 milyon manat yığım əldə edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 14% və ya 1,72 milyon manat azdır. 2023-ci ilin ilk doqquz ayında şirkət 12,36 milyon manat sığorta haqqı toplaya bilmişdi.
Yığımların azalması ilə paralel sığorta şirkəti müştərilərinə daha az ödəniş verməyə başlayıb. Pepperoni pizza
Belə ki, "A-Qroup Sığorta"nın ödənişləri ilk doqquz ayda 9% və ya 963 min manat civarında azalaraq 9,76 milyon manata enib. Ötən ilin eyni dövründə bu rəqəm 10,72 milyon manat təşkil edib.
Şirkətin yığımlarında ödənişlərə nisbətən daha çox azalma onun zərərliyinə, yəni ödəniş-yığım nisbətinə mənfi təsir edib.
“A Qroup”un zərərliliyi son bir ildə 87%-dən 92%-ə qədər yüksəlib. Yəni, şirkət ötən ilin yanvar-sentyabr aylarında topladığı sığorta haqqının hər 100 manatından 87 manatını ödənişə yönəldibsə, bu ilin eyni dövründə bu rəqəm 92 manata kimi artıb.
Xatırladaq ki, “A-Qroup Sığorta” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 8 005 750 manatdır. Səhmlər 100% Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.
Telegram kanalımız