Xırdalanda yanğın hadisəsi baş verib.
Yenisabah.az xəbər verir ki, hadisə şəhərin “AAAF Park” yaşayış kompleksində qeydə alınıb.
Birinci mərtəbədə yerləşən mənzildə qeydə alınan yanğın digər mərtəbələrə qalxıb. Mənzildə olan şəxslər təxliyyə olunub. Hadisə zamanı xəsarət alan olmayıb. Dominos pizza
Hazırda FHN-in yanğınsöndürənləri alovun qarşısını almağa çalışır.
İlkin ehtimala görə, hadisə elektrik naqillərindəki qısaqapanma nəticəsində baş verib
/Qafqazinfo
Telegram kanalımız