Abdulkadir Uraloğlu yenə Zəngəzur dəhlizindən söz açdı

saytların hazırlanması

Evə çatdırılma

Abdulkadir Uraloğlu yenə Zəngəzur dəhlizindən söz açdı

Dünya

13 Yanvar 2026 13:46 364


224 kilometr uzunluğundakı Qars-Iğdır-Aralık-Dilucu dəmir yol xətti Zəngəzur dəhlizi üçün əhəmiyyətlidir.

"Yeni Sabah" Anadolu-ya istinadla xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

O, Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı işləri davam etdirdiyini qeyd edib: “Naxçıvan tərəfdə də yarımçıq qalan işlər var. Azərbaycan tərəfi yəqin ki, bu il onların icrasına başlayacaq”. Marqarita pizza

Nazir Zəngəzur dəhlizinin tikintisində ABŞ-ın iştirakını da vurğulayıb.

Abdulkadir Uraloğlunun sözlərinə görə, Türkiyə tərəfi bu il üçün orada irəliləyiş gözləyir.

Nazir əlavə edib ki, bununla da Zəngəzur dəhlizi 2030-cu ilə qədər istismara verilə bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!