Bakı Dövlət Universiteti “Yubiley loqosu” müsabiqəsi elan edib.
“Yeni Sabah” xəbər verir ki, 2019-cu ildə Bakı Dövlət Universitetinin təsis edilməsinin 100 illik yubileyi tamam olur. Bu münasibətlə BDU “Yubiley loqosu”nun tərtibatı üzrə müsabiqə elan edir. Loqo müasir və beynəlxalq standartlara cavab verməli, dizaynda 100 illik fəaliyyət əks edilməlidir. Müsabiqəyə indiyə qədər istifadə edilməyən və digər loqoların elementlərini təkrarlamayan orijinal nümunələr təqdim olunmalıdır.
Loqonun eskizi press-service@bsu.edu.az elektron ünvanına “Yubiley loqosu” yazılmaqla göndərilməlidir. pizza sifarişi
Qaliblər, həmçinin müsabiqədə fərqlənən digər müəlliflər də mükafatlandırılacaq, universitetin 100 illik yubiley tədbirlərinə dəvət ediləcək və ən yaxşı loqolar yubiley ərəfəsində təşkil ediləcək tədbirlərdə nümayiş etdiriləcək.
Telegram kanalımız