Abid Şərifovun şirkəti borc içində batır

saytların hazırlanması

Evə çatdırılma

Abid Şərifovun şirkəti borc içində batır

Maraqlı

27 İyul 2023 22:13 1083


Avro-Asiya İnşaat Korporasiyası "Evrascon” Açıq Səhmdar Cəmiyyətinin (ASC) xeyli sayda işçisi maaşsız qalıb.

Yenisabah.az Qaynarinfo-ya istinadla xəbər verir ki, şirkətdə müəmmalı səbəblərdən yaşanan broclanma ASC-nin fəaliyyətinə ciddi təsir göstərib.

Bir vaxtlar ölkənin "tender kralı" adını alan "Evrascon” ASC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə hazırda 1 milyon 054 min 609 manat 80 qəpik vergi borcu var. Sezar pizza

Şirkətin işçisi Rüstəmov Mahir Müseyib oğlu da əmək mübahisələrinə görə ASC-ni məhkəməyə verib. İşə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində baxılacaq.

"Evrascon” ASC 30 aprel 2003-cü ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 377 290 manat və qanuni təmsilçisi Həmzət İsmiyevdir.

"Evrascon" ASC-nin səhmlərinin çoxu baş nazirin sabiq müavini Abid Şərifova məxsusdur. Abid Şərifovun vəzifədən gedişi şirkətin "inkişafına” ciddi təsir də göstərib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!