ABŞ 2026-cı ili Putin üçün daha çətin edə bilər

saytların hazırlanması

Evə çatdırılma

ABŞ 2026-cı ili Putin üçün daha çətin edə bilər

Dünya

12 Yanvar 2026 10:04 342


2025-ci il Rusiya Prezidenti Vladimir Putin üçün müharibədə ciddi irəliləyişlər gətirməyib və mövcud vəziyyət fonunda 2026-cı ilin onun üçün daha ağır keçəcəyi istisna edilmir.

“Yeni Sabah” The Wall Street Journal-a istinadla xəbər verir ki, ötən il Rusiya ordusu Ukrayna ərazisinin 1 faizindən azını ələ keçirib. Hərbi xərclərin kəskin artması, neft və qaz gəlirlərinin azalması və büdcə kəsirinin böyüməsi isə ölkə daxilində narazılığı gücləndirib.

Müharibədən yorulan müttəfiqlər və Kremlə yaxın oliqarxlar Putinə Ukraynanın qəbul edə biləcəyi sülh planına dair danışıqlar masasına əyləşməsi üçün təzyiq göstərə bilərlər. ABŞ-nin Ukraynaya hərbi dəstəyi artıracağı təqdirdə Kremlin mövqeyi daha da zəifləyəcək. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!