ABŞ-Azərbaycan Strateji İşçi Qrupuna rəhbərlik edəcək şəxs bəlli oldu

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-Azərbaycan Strateji İşçi Qrupuna rəhbərlik edəcək şəxs bəlli oldu

Siyasət

19 Noyabr 2025 17:19 641


“Azərbaycana ilk gəlişimdir və bu səfər üçün çox həvəsli idim. Regiona da ilk səfərimdir. 8 avqustda əldə olunan nailiyyəti qeyd etmək və onu necə daha da irəli apara biləcəyimizi müzakirə etmək üçün bu səfər vacib idi”.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, bunu dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Huker Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşdə bildirib.

Dövlət katibinin müavininin sözlərinə görə, Cənubi Qafqazda sülh və rifah üçün Prezident Trampın tarixi baxışını irəli aparmaq məqsədilə Bakıda olmaq onun üçün böyük şərəfdir: “Sizin indi qeyd etdiyiniz bütün ikitərəfli məsələlər haqqında fikir mübadiləsi aparmağı səbirsizliklə gözləyirəm. pizza sifarişi

Həmçinin prezidentlərimizin avqust ayında keçirilmiş tarixi sammiti barədə müzakirə etməyi səbirsizliklə gözləyirəm — ticarətdən enerji əməkdaşlığına, regional bağlantının və təhlükəsizliyin gücləndirilməsinədək. Bütün bu məsələlər həmin danışıqların və avqustda əldə olunmuş razılaşmanın tərkib hissəsidir və qarşımızda həm ölkələrimiz arasında, həm də Ermənistanla birlikdə görüləcək çox iş var.

Bu gün, həmçinin, bu danışıqları davam etdirəcək İşçi Qrupunun fəaliyyətə başlamasını elan etməkdən məmnunam. Dövlət katibinin müavini Sonata Koulter bu işçi qrupuna rəhbərlik edəcək. Bu, ABŞ və Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyasının əsasını qoyacaq. Bu təşəbbüs, Azərbaycan və Ermənistan arasında tamhüquqlu sülh sazişinə doğru irəliləyişlə birlikdə, ikitərəfli münasibətlərimizi və tərəfdaşlığımızı daha da dərinləşdirəcək və Cənubi Qafqazın mühüm ticarət dəhlizi kimi potensialını açacaq”.

O qeyd edib ki, bu, hər iki xalq üçün imkanları genişləndirəcək və Prezident Trampın və Prezident Əliyevin liderliyi ilə bütün bu məsələlərin gerçəkləşdirilməsini təmin edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!