Yeni görüşün anonsu verildi: Mişel, Əliyev, Paşinyan...

saytların hazırlanması

Evə çatdırılma

Yeni görüşün anonsu verildi: Mişel, Əliyev, Paşinyan...

Rəsmi

23 Fevral 2023 10:40 797


“ABŞ Avropa Şurasının prezidenti Şarl Mişelin Brüsseldə təşkil etdiyi görüşdən sonra yaxın günlərdə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması məsələsində irəliləyiş görəcəyinə ümid edir”.

Yenisabah.az xəbər verir ki, bu fikirləri ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays jurnalistlərlə keçirdiyi brifinq zamanı bildirib.

Diplomat tərəflərin son aylardakı təmaslar nəticəsində qeydə alınan tərəqqiyə toxunub. Dördpendirli pizza

“Bu irəliləyiş tərəflər arasında təmasların nəticəsi idi. Birləşmiş Ştatlar ilə Avropa İttifaqının diplomatiyası vasitəsilə görülən işlərin nəticəsi idi və bundan sonra daha da yaxşısını görməyə ümid edirik”.

Nikbinliyimiz həddən artıq deyil. Biz hərtərəfli həllə gətirib çıxaracaq bu dialoqu, diplomatiyanı bütün mümkün vasitələrlə dəstəkləməyə davam edirik”, – deyə ABŞ Dövlət Departamentinin nümayəndəsi fikirlərini yekunlaşdırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!