ABŞ-da daha bir azərbaycanlı koronavirusdan öldü

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-da daha bir azərbaycanlı koronavirusdan öldü

Hadisə

09 Avqust 2020 20:58 697


ABŞ-ın Nyu-York ştatının Nyu-Roşel şəhərində azərbaycanlı aşpaz COVID-19-dan vəfat edib.

Yenisabah.az xəbər verir ki, bu, Qazaxıstan vətəndaşı, əslən Bakıdan olan 55 yaşlı Rzayev Ağagül Ağaməhəmməd oğludur.

Şəhər restoranlarının birində uzun müddət aşpaz işləmiş azərbaycanlı koronavirusa yoluxduğundan klinikaya yerləşdirilib. İki həftəlik müalicə kursu keçən soydaşımız ötən gecə dünyasını dəyişib. A.Rzayevin meyitinin Qazaxıstanın Almatı şəhərinə gətirilərək yaxınlarının məzarlarının yanında dəfn olunacağı gözlənilir. Dominos pizza

Qeyd edək ki, buna qədər ABŞ-da daha iki azərbaycanlı COVID-19-dan dünyasını dəyişib. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!