ABŞ-da onkoloji xəstəlikdən müalicə olunan Azad Rəhimovun vəziyyəti necədir?   - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-da onkoloji xəstəlikdən müalicə olunan Azad Rəhimovun vəziyyəti necədir? - AÇIQLAMA

Maraqlı

16 Fevral 2021 10:41 1026


Azərbaycan Respublikasının Gənclər və idman naziri Azad Rəhimovun müalicəsi ABŞ-da davam etdirilir.

Yenisabah.az xəbər verir ki, bunu Modern.az saytına nazirliyin mətbuat katibi Səmayə Məmmədova nazirin son durumu haqqında danışarlən deyib.

O, nazirlə hər gün əlaqə saxladığını qeyd edib. Pepperoni pizza

"Cənab nazir müalicəsini davam etdirir, nə vaxt gələcəyi haqqında heç bir məlumatımız yoxdur. Gündəlik olaraq hər bir mövzu ilə bağlı naziri məlumatlandırıram, suallarım olduğu halda ona müraciət edirəm və onun tapşırıqları olduqda bizə ünvanlayır",- Səmayə Məmmədova deyib.

Gənclər və idman naziri Azad Rəhimov bir müddət əvvəl onkoloji xəstəliklə əlaqədar ABŞ-dakı klinikalardan birinə yerləşdirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!