ABŞ-nin Kolumbiyada hərbi əməliyyatlar keçirəcəyi istisna deyil.
"Yeni Sabah" xəbər verir ki, bunu Birləşmiş Ştatların Prezidenti Donald Tramp Uest-Palm-Biçdən Vaşinqtona qayıdarkən jurnalistlərə açıqlamaasında bildirib.
Venesuelanı ABŞ üçün “xəstə qonşu” adlandıran dövlət başçısı Kolumbiya ilə bağlı da oxşar ifadələr işlədib. Toyuqlu pizza
Onun sözlərinə görə, ölkəni kokain istehsal edib ABŞ-a satan “xəstə bir şəxs” idarə edir və bu vəziyyət uzun sürməyəcək.
ABŞ-ın Kolumbiyada hərbi əməliyyat keçirmə ehtimalı ilə bağlı suala Tramp “bu, pis səslənmir” cavabını verib.
Eyni zamanda Tramp Kuba hakimiyyətinin maliyyə mənbələrinin tükənməsi səbəbindən süquta yaxın olduğunu iddia edib.
O bildirib ki, Kuba əvvəllər Venesuela neftindən gəlir əldə edirdi, lakin hazırda bu mənbə mövcud deyil və ölkə “sözün əsl mənasında çökməyə hazırdır”.
ABŞ-ın Kubaya qarşı mümkün güc tətbiqi ilə bağlı suala cavab verən Tramp əlavə edib ki, Vaşinqtonun hər hansı addım atmasına ehtiyac qalmaya bilər, çünki Kuba öz-özünə süqut edə bilər.
Telegram kanalımız