ABŞ altı ölkənin vətəndaşlarına viza məhdudiyyətləri tətbiq edib.
"Yeni Sabah" xəbər verir ki, ABŞ bunu həmin ölkələrdə “təhlükəsizliyin təmin edilməsi ilə məşğul olunması” səbəbi ilə tətbiq etdiyini deyib.
Xəbərdə Qırğızıstan, Nigeriya, Eritreya, Myanma, Tanzaniya və Sudan vətəndaşlarının ABŞ-a viza üçün müraciət edə bilməyəcəkləri, viza püşkatmasında iştirak etmələrinin qadağan olunduğu bildirilib. Marqarita pizza
Administrasiya nümayəndəsi bildirib ki, qərar minimum təhlükəsizlik standartlarına cavab verməyən və ya qeyri-qanuni immiqrasiyanın qarşısını almaq üçün əməkdaşlıq etməyən ölkələrə münasibətdə təhlükəsizlik tədbirlərini sərtləşdirmək məqsədi daşıyır.
Qeyd edək ki, 2017-ci ildə ABŞ İran, İraq, Suriya, Liviya, Yəmən, Sudan, Somali və İraq vətəndaşlarına giriş qadağası tətbiq edib. /Oxu.az
Telegram kanalımız