ABŞ fövqəladə vəziyyətə keçdi

saytların hazırlanması

Evə çatdırılma

ABŞ fövqəladə vəziyyətə keçdi

Dünya

30 Yanvar 2026 08:44 330


ABŞ Prezidenti Donald Tramp Kubanı milli təhlükəsizlik üçün risk hesab edərək ölkədə fövqəladə vəziyyət elan edib.

"Yeni Sabah" xəbər verir ki, Ağ Evin yaydığı sərəncamda Havana rəhbərliyinin siyasətinin ABŞ-ın maraqlarına zidd olduğu və Vaşinqtonun düşmən saydığı qüvvələrlə əməkdaşlıq etdiyi iddia olunur. Qərara əsasən, Kubaya neft tədarük edən ölkələrin məhsullarına əlavə gömrük rüsumları tətbiq oluna bilər.

Sənəddə bildirilir ki, bu tariflər gələcəkdə yenidən nəzərdən keçirilə və dəyişdirilə bilər. Hazırda ABŞ-da müxtəlif səbəblərlə bağlı 50-dən çox fövqəladə vəziyyət rejimi qüvvədədir. Sezar pizza

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!