ABŞ generalının Bakıya səfəri: Səfirlik məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

ABŞ generalının Bakıya səfəri: Səfirlik məlumat yaydı

Siyasət

07 Noyabr 2025 11:16 400


"Oklahoma Milli Qvardiyasının nümayəndə heyəti 4–6 noyabr tarixlərində Dövlət Tərəfdaşlıq Proqramı çərçivəsində ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə Azərbaycana səfər edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi "X" hesabında məlumat yayıb.

"Bu səfər 20 ildən artıq davam edən güclü tərəfdaşlıq üzərində qurulan münasibətlərin möhkəmləndirilməsinə xidmət edib, regional təhlükəsizlik, sülh və sabitliyə olan birgə sadiqliyi bir daha təsdiqləyib. Səfər, eyni zamanda, kibermüdafiə, tibbi hazırlıq, fəlakətlərə cavab və peşəkar hərbi təhsil sahələrində əməkdaşlığın dərinləşməsinə töhfə verib. 2002-ci ildən bəri davam edən Oklahoma-Azərbaycan tərəfdaşlığı sübut edir ki, sıx əməkdaşlıq təkcə müdafiə əlaqələrini gücləndirmir, həm də xalqlar arasında qarşılıqlı anlaşma və etimadı möhkəmləndirir", - səfirliyin bəyanatında qeyd olunub. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!