ABŞ “Harri Truman” gəmisi Yaxın Şərqə doğru yola çıxır

saytların hazırlanması

Evə çatdırılma

ABŞ “Harri Truman” gəmisi Yaxın Şərqə doğru yola çıxır

Dünya

24 Sentyabr 2024 15:51 404


ABŞ-ın nüvə mühərrikli təyyarədaşıyan gəmisi "Harry Truman" Norfolkdakı (Virciniya) bazasını tərk edərək Yaxın Şərqə yollanıb.

Yenisabah.az xəbər verir ki, onun Aralıq dənizində bir raket kreyseri və aviadaşıyıcı zərbə qrupunun 2 esminesi ilə birlikdə bölgədəki böhran fonunda yerləşdiriləcəyi gözlənilir.

Hazırda Yaxın Şərqdə Oman körfəzində artıq 3 raket esminesinin daxil olduğu "Abraham Lincoln" təyyarədaşıyan gəmisinin başçılıq etdiyi zərbə qrupu keşik çəkir. Dördpendirli pizza

Bundan əlavə, 154-ə qədər “Tomahawk” qanadlı raketi daşıya bilən “Georgia” nüvə sualtı qayığı və 2 raket esminesi Qırmızı dəniz bölgəsində döyüş növbətçiliyi aparır.

Hazırda Yaxın Şərqdə 40 minə yaxın Amerika əsgəri və onlarla döyüş təyyarəsi var. Bu sayın artırılması planlaşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!