ABŞ hərbi qüvvələrini Yaxın Şərqə toplayır

saytların hazırlanması

Evə çatdırılma

ABŞ hərbi qüvvələrini Yaxın Şərqə toplayır

Dünya

27 Yanvar 2026 00:18 475


ABŞ Hərbi Dəniz Qüvvələrinin "USS Abraham Lincoln" atom aviadaşıyıcısının başçılıq etdiyi zərbə qrupu Yaxın Şərqə çatıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.

"Zərbə qrupu hazırda regional sülh və təhlükəsizliyə töhfə vermək məqsədilə Yaxın Şərqdə yerləşdirilib", - deyə CENTCOM-un paylaşımında bildirilir. Sezar pizza

Bununla yanaşı, "Flightradar24" və "ADS-B Exchange"in məlumatlarına əsasən, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "C-17A Globemaster III" hərbi nəqliyyat təyyarələri Texasdakı Robert Qrey aerodromundan Yaxın Şərqə yük daşıyır.

Məlumatlara görə, ABŞ hərbi nəqliyyat təyyarələri son 48 saat ərzində altı uçuş həyata keçiriblər. İddialar görə, onlar hava hücumundan müdafiə vasitələri daşıyırlar./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!