“ABŞ İrana hücum edərsə, onların bazalarını vuracağıq” - Əli Laricani

saytların hazırlanması

Evə çatdırılma

“ABŞ İrana hücum edərsə, onların bazalarını vuracağıq” - Əli Laricani

Siyasət

16 Fevral 2026 22:01 1238


İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bildirib ki, ABŞ İrana qarşı güc tətbiq edərsə, Tehran güclə cavab verəcək və Birləşmiş Ştatların bazalarını hədəf alacaq.

"Yeni Sabah" bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

"Əgər amerikalılar bizə qarşı güc tətbiq etsələr, qarşılığında cavab alacaqlar. İslam Respublikası tam hazırdır, ancaq biz müharibə axtarmırıq və bizə qarşı müharibə tətbiq olunarsa, biz cavab verəcəyik. Sezar pizza

Əgər amerikalılar İrana hücum etsələr, biz onların bazalarına zərbə endirəcəyik. Lakin keçmiş təcrübəyə əsaslanaraq, qarşı tərəfin yenidən müharibə axtardığına şübhə edirəm", - deyə o bildirib.

Laricani Tehran və Vaşinqton arasında danışıqların davam etdiyini bildirib, lakin İsraili prosesi pozmağa çalışmaqda günahlandırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!