ABŞ İrana qarşı sanksiyaların müddətini  daha 1 il artırdı

saytların hazırlanması

Evə çatdırılma

ABŞ İrana qarşı sanksiyaların müddətini daha 1 il artırdı

Dünya

12 Noyabr 2019 22:03 862


ABŞ prezidenti Donald Tramp noyabrın 14-dən İrana qarşı sanksiyaların müddətini daha bir il müddətinə uzatmaq barəsində qərar qəbul edib.

"Yeni Sabah" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ liderinin bəyanatında deyilir.

Tramp bildirib ki, "ABŞ-ın İranla münasibətləri hələ normallaşdırılmayıb", bununla belə 19 yanvar 1981-ci ildən ikitərəfli razılaşmaların icrası prosesi hələ reallaşdırılma mərhələsindədir. pizza hut

Bu, ABŞ və İran arasındakı Əlcəzair razılaşmalarıdır. O dövrdə olan razılaşmalar Tehranda 1979-cu il inqilabından bir il sonra Amerika diplomatlarının azad olunmasına gətirib çıxarıb. 

Qeyd edək ki, sənədlərdə xüsusi halda ölkələrin bir-birinin daxili işlərinə qarışmaması prinsipi şərt kimi qoyulmuşdu.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!