ABŞ Maduroya ölkəni tərk edərək Türkiyəyə getməyi təklif edibmiş

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Maduroya ölkəni tərk edərək Türkiyəyə getməyi təklif edibmiş

Dünya

04 Yanvar 2026 13:34 482


ABŞ 2025-ci il dekabrın 23-də Venesuela Prezidenti Nikolas Maduroya ölkəsini tərk edərək Türkiyəyə getməyi təklif edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə “The New York Times”-a (NYT) adı açıqlanmayan ABŞ rəsmisi məlumat verib.

Lakin Venesuela Prezidenti bu planı “qəzəblə rədd edib”. Nikolas Maduronun reaksiyasından aydın olub ki, o, Vaşinqtonun təkliflərini ciddi şəkildə nəzərdən keçirməyi planlaşdırmır. Pepperoni pizza

Qeyd edək ki, yanvarın 3-də ABŞ Venesuelada hərbi əməliyyat keçirib, desant qüvvələri Nikolas Maduro və həyat yoldaşı ələ keçirib. Hazırda Venesuela Prezidenti və həyat yoldaşı Nyu-Yorka gətirilib./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!