“Bu gün hücumlarda ən intensiv gün olacaq”.
“Yeni Sabah” xəbər verir ki, bunu ABŞ-nin müharibə naziri Pit Heqset bildirib.
O, İrana qarşı əməliyyatların davam etdiyini söyləyib. Nazirin sözlərinə görə, indiyədək İslam Respublikasında təxminən 7 min hədəf vurulub və bu gün əməliyyatların ən intensiv mərhələlərindən biri olacağı gözlənilir. pizza sifarişi
Pit Heqset qeyd edib ki, Tehranın yeni raketlər istehsal etmək imkanları ciddi zərbə alıb. Bununla belə, İslam Respublikasının hücumlarının davam etdiyini, lakin mövcud imkanlar daxilində həyata keçirildiyini vurğulayıb:
“Biz işi başa çatdıracağıq. Bu, uzunmüddətli müharibə deyil. Bu münaqişə fərqlidir. Daha çox hədəflənmiş xarakter daşıyır”.
O, müharibənin nə vaxt bitəcəyi ilə bağlı suala cavab olaraq deyib:
"Biz açıq‑aydın vaxt çərçivəsi qoymaq istəmirik, amma plan üzrə irəliləyirik. Prezident Tramp bizim hədəflərimizə nə vaxt çatacağımıza qərar verəcək, bunun üçün konkret vaxt yoxdur".
ABŞ-nin müharibə naziri İranın İslam İnqilabı Keçikçiləri Korpusunun yeni komandanı briqada generalı Əhməd Vahidi və “Bəsic”in komandanını ölümlə hədələyib:
“Onların rəhbərliyi müvəqqəti xarakter daşıyır”.
Aytac Əliyeva
Telegram kanalımız