ABŞ rəsmisindən türk futbolçuya dəstək

saytların hazırlanması

Evə çatdırılma

ABŞ rəsmisindən türk futbolçuya dəstək

İdman

18 Dekabr 2019 14:50 1041


ABŞ-ın dövlət katibi Mayk Pompeo "Arsenal"ın türk əsilli yarımmüdafiəçisi Məsut Özilin Çində uyğurlara edilən haqsızlıqlarla bağlı səsləndirdiyi fikirlərinə görə bu ölkədə ona qoyulan qadağalara münasibət bildirib.

"Yeni Sabah" xəbər verir ki, Ağ ev rəsmisi sözügedən məsələdə futbolçunu dəstəklədiyini vurğulayıb:

"Çin Kommunist Partiyasının təbliğatçı kanalları Özilə, "Arsenal"ın bütün oyunlarına qadağa qoya bilər, amma həqiqət zəfər çalacaq. Kommunist Partiyası uyğurlara və dünyanın digər dini konfessiyalarına qarşı törədilən insan hüquqları pozuntularını gizlədə bilməz". Toyuqlu pizza

Qeyd edək ki, Şərqi Türküstandakı insanlara edilən haqsızlıqlara bağlı "İnstagram" hesabından paylaşım edən Özilin adını yazdığı Çin höküməti ölkədə axtarış sistemlərindən sildirib. Sosial şəbəkələrdə ona məxsus səhifələrin görüntülənməsinə və KİV-də "Arsenal"ın adının çəkilməsinə qadağa qoyulub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!