ABŞ Rusiyanı Suriyada kimyəvi silahdan istifadə etməkdə günahlandırdı

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Rusiyanı Suriyada kimyəvi silahdan istifadə etməkdə günahlandırdı

Siyasət

07 May 2022 13:52 151


ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild PBS telekanalına müsahibəsində Rusiyanı Suriyada kimyəvi silahdan istifadə etməkdə təqsirləndirib. 

Onun sözlərinə görə, Moskva Vaşinqton və Kiyevi saxta bayraq altında kimyəvi silahdan istifadə ehtimalı kontekstində ittiham edib.

“Eyni zamanda, ABŞ hökuməti bilir ki, Rusiya bu tip silahlardan istifadə etməyə qadirdir. Onlar bundan öz xalqlarına qarşı istifadə ediblər, Suriyada istifadə ediblər”, - deyə daimi nümayəndə bildirib. pizza hut

“Ona görə də biz təhlükəni ciddi qəbul etməliyik və bu, xüsusilə də Təhlükəsizlik Şurasının daimi üzvü üçün ciddi təhlükədir... Biz onlara cavab verəcəyik və onları məsuliyyətə cəlb edəcəyik”, - deyə o əlavə edib.

Diplomat həmçinin bəyan edib ki, Rusiya əvvəllər nüvə silahından istifadə edəcəyi ilə hədələyib./Oxu.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!