ABŞ-ın Türkiyədəki səfiri Devid Satterfild bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
"Yeni Sabah"ın görə, bu barədə Türkiyə XİN məlumat yayıb.
Məlumatda bildirilib ki, ABŞ səfiri Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” və “Barış bulağı” hərəkatı ilə əlaqədar qəbul etdiyi qərarlara görə XİN-ə çağırılıb. pizza sifarişi
Xatırladaq ki, ABŞ Nümayəndələr Palatası 1915-ci ildə baş vermiş hadisələri “soyqırımı” kimi tanıyıb.
Bundan başqa, Palata Türkiyənin Suriyanın şimalında apardığı antiterror əməliyyatları ilə bağlı müəyyən sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsi qəbul edib.
Telegram kanalımız