ABŞ səfirliyi: Azərbaycana 90 milyon dollarlıq texnika vermişik

saytların hazırlanması

Evə çatdırılma

ABŞ səfirliyi: Azərbaycana 90 milyon dollarlıq texnika vermişik

Siyasət

28 Noyabr 2025 12:12 489


ABŞ-nin Azərbaycandakı səfirliyi ölkəmizin gömrük işçilərinə narkotik vasitələri aşkar etməyə imkan verən texnika təqdim edildiyini bildirib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə səfirliyin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"Bu ayın əvvəlində Astara gömrükçüləri İrandan Estoniyaya gedən tranzit yükündə dəyəri 90 milyon ABŞ dolları olan böyük miqdarda heroin müsadirə ediblər. Bu təhlükəli narkotiklərin aşkar olunması, ABŞ səfirliyi nəzdində Hərbi Qrup tərəfindən 2021-ci ildə Dövlət Gömrük Komitəsinə təqdim edilmiş dəmir yol vaqonlarının stasionar tipli yoxlama baxış sistemi sayəsində mümkün olub", - paylaşımda qeyd olunub. Marqarita pizza

Diplomatik nümayəndəlikdən, həmçinin vurğulanıb ki, bu əməliyyat narkotik qaçaqmalçılığına qarşı mübarizədə beynəlxalq əməkdaşlığın, xüsusilə də ABŞ–Azərbaycan tərəfdaşlığının nə qədər mühüm rol oynadığını bir daha təsdiqləyir.

"Ay ərzində həyata keçirilən bu uğurlu əməliyyat, ABŞ–Azərbaycan əməkdaşlığının hər iki ölkəyə fayda verdiyini və Amerika, Azərbaycan və bütün region üçün təhlükəsizliyin gücləndirilməsinə xidmət etdiyini göstərən parlaq bir nümunədir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!