Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ-nin Ermənistandakı səfirliyindən Yeni il hədiyyəsi alıb.
"Yeni Sabah" factor.am-a istinadla xəbər verir ki, bunu Qriqoryanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə təqdim etdiyi rəsmi hədiyyə qeydiyyatı blankından öyrənib.
Səfirlik ona viski ("Chivas Regal", 25 illik, 0,7 litr) hədiyyə edib. Qriqoryan spirtli içkinin dəyərini 252 min dram qiymətləndirib. pizza sifarişi
Xatırladaq ki, “Dövlət qulluğu haqqında” qanuna edilən dəyişikliklə dövlət qulluqçuları tərəfindən hədiyyələrin qəbulu ilə bağlı yeni qaydalar müəyyən edilib.
Bu qaydalara əsasən, dövlət və rəsmi səfərlər, tədbirlər, habelə ezamiyyətlər zamanı verilən hədiyyələrin dəyəri 60 min dramdan çox olduqda dövlətə və ya icmaya keçirilir. Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən bildirilib ki, hədiyyə qeydə alındıqdan sonra Dövlət Əmlakının İdarə Edilməsi Komitəsi məmurun hədiyyəsinə dair sərəncam verilməsi qaydası ilə bağlı qərar verəcək.
Telegram kanalımız