ABŞ tarixində ikinci dəfə azotla edam həyata keçirildi 

saytların hazırlanması

Evə çatdırılma

ABŞ tarixində ikinci dəfə azotla edam həyata keçirildi 

Dünya

27 Sentyabr 2024 09:24 316


ABŞ tarixində metodun tənqid olunmasına baxmayaraq Alabamada ikinci dəfə azotla edam həyata keçirilib. 

"Report"un məlumatına görə, bu barədə hökmün icrasını müşahidə edən "Associated Press" agentliyi xəbər yayıb. 

ABŞ vətəndaşı, 59 yaşlı Alan Yugin Miller edam edilib. O, 1999-cu ildə üç nəfərin qətlinə görə ölüm cəzasına məhkum edilib. “Mən burada olmaq üçün heç nə etməmişəm”, - o deyib.  pizza mizza

Edam zamanı məhkuma nəfəs maskası vasitəsilə azot verilir ki, bu da hipoksiyaya və nəticədə ölümə səbəb olur. Alabama ştatı artıq 2022-ci ildə Millerə qarşı ölüm hökmünü icra etməyə çalışıb, lakin həkimlər ona öldürücü iynə vura bilməyiblər. 

Xatırladaq ki, yanvar ayında Alabama ştatında 1988-ci ildə sifarişli qətl törətməkdə təqsirli bilinən 58 yaşlı Kennet Yugin Smit azot qazı ilə edam olunub. O zaman BMT və Aİ bu edam üsulunu tənqid edib və demokratların nəzarətində olan Ağ Ev edamdan dərin narahatlığını bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!