ABŞ və Ermənistan Zəngəzur dəhlizi üçün bu   MÜHÜM ADDIMI ATDI

saytların hazırlanması

Evə çatdırılma

ABŞ və Ermənistan Zəngəzur dəhlizi üçün bu MÜHÜM ADDIMI ATDI

Siyasət

17 Noyabr 2025 19:09 1387


ABŞ və Ermənistan “Tramp marşrutu”nun həyata keçirilməsi məqsədilə birgə işçi qrupunun fəaliyyətə başladığını açıqlayıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, işçi qrupuna ABŞ dövlət katibinin köməkçisinin müavini Sonata Koulter rəhbərlik edəcək. Toyuqlu pizza

ABŞ dövlət katibinin müavini Elison Huker İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə işçi qrupun detallarını təqdim edib.

Onun sözlərinə görə, ABŞ-Ermənistan əməkdaşlığı, həmçinin Ermənistan–Azərbaycan və Ermənistan–Türkiyə münasibətlərinin normallaşması üzrə irəliləyiş “Cənubi Qafqazın mühüm ticarət marşrutu kimi açılması üçün yeni perspektivlər yaradır”./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!