Abutalıbovun oğlunun bu hərəkəti istanbulluları şoka saldı - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Abutalıbovun oğlunun bu hərəkəti istanbulluları şoka saldı - FOTO

Maraqlı

11 Yanvar 2024 12:36 1083


Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov İstanbulda tarixi binaya qanunsuz müdaxilə edib. 

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. 

Bildirilib ki, İ. Abutalıbov İstanbulun Fatih bölgəsində yerləşən tarixi binanın üstündə yeni mərtəbə inşa edib. Məlumata görə, həmin bölgədə bir çox mülkə sahib olan Abutalıbov bərpa adı altında binanın xarici görünüşünə xələl gətirib. Toyuqlu pizza

Məsələ ilə bağlı şikayət edilsə də, binada inşaat işləri davam etdirilib. Çoxsaylı şikayətlərdən sonra binada lazımi yoxlamalar aparılıb və qanunsuz əlavələrin olduğu müəyyən edilib. Lakin heç bir söküntü aparılmayıb, prokurorluğa müraciət isə nəticəsiz qalıb. 

Rafi MÜLÜMOV 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!