Karantin rejimi qaydalarında məhdudiyyətlər yumşaldıqdan sonra bölgələrdə kafe, restoran və çayxanalarda sosial məsafəyə riayət olunurmu?
Yenisabah.az xəbər verir ki, müşahidələr əksini üzə çıxarıb. Bir çox yerlərdə qaydalara əməl edilmir.
Dönər hazırlayan şəxs nə əlcəkdən, nə də maskadan istifadə edir. pizza
Belə obyektlərin müştəriləri də nə sosial məsafəni gözləyir, nə də digər karantin qaydalarına əməl edirlər.
Bura Qəbələdə fəaliyyət göstərən obyektlərdir. Maskasız, əlcəksiz olan işçi müştərilərə dönər hazırlayır. Karantin qaydalarına əməl etməyən bu şəxsin bəhanəsi də gülüncdür.
Bundan əlavə rayonda fəaliyyət göstərən kafe və restoranlarda da stollar arasında məsafəyə diqqət olunmayıb.
Mingəçevirdə müşahidlər zamanı çayxanalarda əyləşənlərdən qaydalara əməl edənlərin də, etməyib maskasız oturanlarında olduğunu gördük. Hətta bəzi insanlar çəkiliş zamanı çayxananı tərk edib getməyə başladılar.
Belə halların qarşısını almaq üçün polis əməkdaşları ictimai obyektlərdə mütəmadi reydlər keçirir, qaydalara əməl etməyənlərə cərimə tətbiq edirlər.
Telegram kanalımız